İran xarici işlər naziri İngiltərə parlamentində
İran xarici işlər naziri İngiltərə parlamentində Tehranın müxtəlif daxili, regional və beynəlxalq məsələlər barədəki mövqelərini açıqlayıb.
IRIB-nin məlumatına görə, Suriyaya Dəstək Beynəlxalq iclasında iştirak etmək üçün Londona səfər etmiiş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu konfransda iştirakdan sonra İngiltərə parlamentinin salonlarından birində olaraq, lordlar palatası və aşağı palatının üzvlərindən bir qrupunun, həmçinin İngiltərənin siyasi və iqtisadi fəalları, eləcə də media mənsublarının suallarına cavab veribdir.
Zərif həmçinin İngiltərənin Leyboristlər Partiyasının lideri ilə görüşdə onunla tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Londonda keçirilən Suriyaya Dəstək Beynəlxalq iclasında deyib ki, on minlərlə insanın həlak olması və yaralanması, Suriyanın daxili və xaricində milyonlarla nəfərin didərgin düşməsi, dağıntıların davam etməsi və bərbərliyin rəhmiscəsinə nümayiş etdirilməsi bütün bəşəriyyətin vicdanını təəssürləndiribdir.
Londonda keçirilən birgünlük Suriyaya Dəstək Beynəlxalq iclasında Almaniya, Norveç və Küveytin, eləcə də BMT-nin nümayəndələri, həmçinin altmış ölkənin rəsmiləri və BMT-nin baş katibi iştirak ediblər.