Zərif Suriya böhranının həlli üzrə müzakirələrdə ciddiliyi vurğulayıb
İranın xarici işlər naziri bütün ölkələrin Suriya böhranının həlli üzrə müzakirələrdə ciddi olmalarını istəyib.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Almaniyanın Münhen şəhərinə daxil olaraq,i müxbirlərlə müsahibədə deyib: Qərb və region ölkələri terrorizm, firqəçilik və ifratçılıq ilə birgə hərtərəfli mübarizə reallığını dərk etməli və Suriya böhranına son qoymaq üçün aqilanə həll yoluna çatmalıdırlar.
Suriyanı Himayə üzrə Beynəlxalq Konfransda, eləcə də Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyanın bu şəhərinə səfər etmiş Zərif əlavə edib: Suriya sülh müzakirələrinin öncəki dövründə bəzi sabotajlar danışıqların davam etməsinin dayanması ilə nəticələndi, hazırda son dərəcə mühüm zamanda müzakirələrin ciddi şəkildə davam etməsinə ehtiyac duyulur.
İranın xarici işlər naziri müzakirə prosesinin davam etdirilməsi məqsədilə terrorçuların müxalif qruplardan ayırd edilməsini zəruri adlandıraraq, söyləyib ki, Münhen iclasından öncə Rusiya və Çinin xarici işlər nazirləri, eləcə də BMT-nin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi ilə bir neçə ikitərəfli görüş keçirəcək.
Suriyanı Himayə üzrə Beynəlxalq Konfrans yerli vaxtla cümə axşamı günü axşam çağı Münhendə keçiriləcək.
52-ci Münhen Təhlükəsizlik Konfransı da fevralın 12-dən 14-dək keçiriləcək. Konfransda İranın xarici işlər naziri daxil olmaqla onlarla nazir və dünyanın dövlət başçılarından 23 nəfər iştirak edəcək.