Fev 14, 2016 18:03 Asia/Baku
  • Cabiri-Ənsari: İsveçrə İranın Ərəbistandakı maraqlarının qoruyucusu olacaq
    Cabiri-Ənsari: İsveçrə İranın Ərəbistandakı maraqlarının qoruyucusu olacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İsveçrə İranın Ərəbistandakı maraqlarının qoruyucusu olacaq.

ISNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri-Ənsari bazar günü İran-Ərəbistan əlaqələrində İsveçrə tərəfindən maraqların qorunması rolunun oynanılması haqda deyib: İran İsveçrə hökumətilə diplomatik məşvərətlərində bu ölkədən istəmişdi ki, İranın Ərəbistandakı maraqlarının qorunmasını üzərinə götürsün.

Cabiri-Ənsari deyib: İsveçrə hökuməti bu rolu oynamağa hazır olduğunu bildirərək, onun qətiləşməsinin Ərəbistanla məşvərətdən asılı olduğunu qeyd etmişdi ki, Ərəbistanın həmin ölkədən oxşar xahişi ilə İsveçrə rəsmi surətdə İranın Ərriyadda, Ərəbistanın da Tehrandakı maraqlarının qorunmasını üzərinə götürəcək.

Bundan öncə Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr bazar günü Ərriyadda demişdi ki, İsveçrənin Tehrandakı səfirliyi Ərəbistanın maraqlarının qoruyucusu olacaq.

Ərəbistan 2016-cı il yanvarın üçündə şübhəli şəxslərin bu ölkənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumu bəhanəsilə İranla diplomatik əlaqələrini kəsdi.

Teqlər