Sepahın raket hərbi təlimləri; İran Silahlı Qüvvələrinin iqtidarının nümayişi
https://azeri.sahartv.ir/news/İran-i208630-sepahın_raket_hərbi_təlimləri_İran_silahlı_qüvvələrinin_iqtidarının_nümayişi
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi deyib: İslam İnqilabı Keşikçilər Korpusu Sepahın raket hərbi təlimləri İran İslam Respublikası Silahlı Qüvvələrinin iqtidarının nümayiş olunmasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2016 11:12 Asia/Baku
  • Sepahın raket hərbi təlimləri; İran Silahlı Qüvvələrinin iqtidarının nümayişi
    Sepahın raket hərbi təlimləri; İran Silahlı Qüvvələrinin iqtidarının nümayişi

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi deyib: İslam İnqilabı Keşikçilər Korpusu Sepahın raket hərbi təlimləri İran İslam Respublikası Silahlı Qüvvələrinin iqtidarının nümayiş olunmasıdır.

İRNA-nın verdiyi məlumata görə, ordu generalı Seyid Həsən Firuzabadi bazar günü Tehranda jurnalistlərə verdiyi müsahibədə əlavə edib: Hərbi təlimlərin keçirilməsi, nailiyyətlərin nümayiş olunmasından əlavə, İran İslam Respublikası Silahlı Qüvvələrinin gücü və iqtidarını düşmənlərə göstərməkdir.

General Firuzabadi İslam İnqilabı Keşikçilər Korpusu Sepahın növbəti raket hərbi təlimlərinin keçirilməsinin məqsədlərini açıqlayaraq deyib: Raket manevri müxtəlif raketlərin sınaqdan keçirilməsini özündə ehtiva edəcək. Belə ki, təlim, araşdırma, zamanın qiymətləndirilməsi və yeni məhsulların sınaqdan keçirilməsi ilə həyata keçiriləcək.

General Firuzabadi bu hərti təlimlərin İranın Silahlı Qüvvələrinin digər hərbi təlimlərindən xüsusi şəkildə fərqlənmədiyini bəyan edərək xatırladıb: Hərbi təlimlərin keçirilməsinin məqsədlərindən biri modern hərbi vasitələrdən istifadə və bu çərçivədə funksiyaların qiymətləndirilməsi üçün praktiki təlimdir.

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın hərbi təlimləri fevral ayının sonlarında keçiriləcək.