Fev 24, 2016 14:16 Asia/Baku
  • İnqilab Rəhbəri Nəcəfabad sakinləri ilə görüşdə: Seçkidə iştirak düşmənin fitnələrini zərərsizləşdirəcək amildir
    İnqilab Rəhbəri Nəcəfabad sakinləri ilə görüşdə: Seçkidə iştirak düşmənin fitnələrini zərərsizləşdirəcək amildir

İran İslam İnqilabının Böyük Rəhbəri İran xalqının qarşıdan gələn İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdə geniş iştirakını İslam quruluşunun möhkəmləndirilməsi və düşmənlərin İran əleyhinə fitnələrinin zərərsizləşdirilməsi üçün mühüm amil adlandırıblar.

İRNA-nın məlumatına görə, Həzrət Ayətullahülüzma Xamnei bu gün səhər Nəcəfabad sakinləri ilə görüşdə deyiblər: Düşmən, 37 ildən sonra, zalımcasına olan təzyiqlər və sanksiyalardan, qərəzli təbliğatlardan və zərər və ziyanlardan sonra xalqın quruluş ilə beyətinə mane ola bilmədiyini gördüyü zaman, İnqilabın əzəməti onun gözündə daha da böyümüş olacaq.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Düşmənin seçkilərdə davamlı olaraq təkrarladığı hiyləgərlik və yalançılığın biri İranda "hökumət məclisi" və "anti-hökumət məclisi"nin olduğu iddiasıdır. Amma, bizim xalqımız nə "hökumət məclisi" nə də "anti-hökumət məclisi" istəyir. Xalq öz vəzifələrini bilən və ABŞ-a aldanmayan şücaətli və dindar bir məclis istəyir.

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İran xalqı elə bir məclis istəyir ki, xalqın dərdlərinin əlacını bilsin, dindar olsun, öhdəliklərinə sədaqətli olsun, şücaətli olsun, düşmənin hiylələrinə uymasın, izzət və müstəqilliyə önəm versin, əlləri İrandan kəsilən amma, yenidən İrana qayıtmaq istəyən qüdrətlərin tamahkarlıqları qarşısında dayansın.

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın nüvə müzakirələrinin ardınca region və İran üçün nəhs planlara malik olduğunu bildirib və deyiblər: Bu bizim üçün tamamilə aydındır. Ölkə daxilində düşmən nüfuz amillərindən istifadə edir. Buna görə də, nüfuz qarşısında diqqətli olmaq lazımdır və düşmənin ixtilaf törətməsinə icazə verilməməlidir.

Teqlər