Fev 28, 2016 13:14 Asia/Baku
  • Təhlükəsizlik naziri: Seçkilərdən öncə 2 terrorçu qruplaşma aşkar edildi
    Təhlükəsizlik naziri: Seçkilərdən öncə 2 terrorçu qruplaşma aşkar edildi

İran İslam Respublikasının təhlükəsizlik naziri seçkilərin keçirildiyi zaman terror aktı törətməyi planlaşdıran bir neçə nəfərin həbs edilməsindən xəbər verib.

Seyid Mahmud Ələvi bu gün Tehranda mətbuat konfransında deyib: 8 fevral tarixinidə təkfirçi ünsürlərdən biri İranın cənub-şərq sərhədlərində müəyyən edilib. Onun üzərində terror əməliyyatlarında istifadə olunan partlayıı maddələr və digər vasitələr aşkar edilib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Ələvi terrorçunun üzərindən götürülən və partlayıcı qurğular sırasına daxil olan bir ədəd maqnit bombasının olduğuna da işarə edib. Belə ki, cinayətkar bu bombanı bir avtomobilə yapışdırmaqla terror aktı törətmək niyyətində olub.

İranın təhlükəsizlik naziri qərb sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində müxtəlif orqanların Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıqlarının davam etməsinə işarə edərək, deyib: ötən həftənin çərşənbə günü(24 fevral) də 4 nəfərdən ibarət olan bir terror qruplaşması aşkar edilib. Onların üzərindən kamikadze əməliyyatında istifadə edilən 6 ədəd partlayıcı kəmər, elektron piston, partlayıcı toz və fitil aşkar və zəbt edilib. Onlar, bu vasitələrdən istifadə edərək, seçkilər zamanı terror aktı törətməyi planlaşdırırmışlar.

Ələvi Təhlükəsizlik Nazirliyinin ölkədə təhlükəsizliyin təmin edilməsində heç bir səydən çəkinmədiyini deyərək, əlavə edib: Təhlükəsizlik Nazirliyi terrorçu cərəyanlara heç bir kor nöqtədən istifadə icazəsi verməyəcək.

İranın təhlükəsizlik naziri həmçinin, İran xalqının seçkilərdə yaratdığı növbəti qəhrəmanlıq dastanına işarə edərək, deyib: Bütün dünyanın gözləri İran xalqının seçkilərdəki misilsiz iştirakına yönəlmişdi.

Teqlər