Mart 01, 2016 19:22 Asia/Baku
  • İran və Rumıniya XİN başçılarının birgə mətbuat konfransı
    İran və Rumıniya XİN başçılarının birgə mətbuat konfransı

İran xarici işlər naziri tezliklə İran və Rumıniya arasında birgə iqtisadi forumun keçiriləcəyindən xəbər verib.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı Tehranda Rumıniyalı həmkarı Lazar Komansko ilə birgə mətbuat konfransında deyib: İran və Rumıniyanın birgə iqtisadiyyat forumu 12 il təxirdən sonra yaxın gələcəkdə Buxarestdə təşkil olunacaq və bu forumda iki ölkənin iqtisadi əməkdaşlıqlarının "yol xəritəsi" hazırlanacaq.

Rumıniya xarici işlər naziri də bu mətbuat konfransında ölkəsinin İran ilə əlaqələrin genişləndirilməsi ardınca olduğunu bildirib və deyib: Enerji və nəqliyyat sahələri iqtisadi əməkdaşlıqların genişləndirilməsi üçün mühüm sahələrdən biridir.

Komansko İran-Qara Dəniz-Avropa dəhlizini mühüm marşrut adlandırıb və deyib: Bu strateji bir mövqedir və İran şirkətləri bundan istifadə edə bilərlər.

Teqlər