"Vilayət İqtidarı" raket hərbi təlimlərinin son mərhələsi başlanıb
Mart 08, 2016 16:30 Asia/Baku
İran İslam Respubliaksında "Vilayət İqtidarı" hərbi təlimlərinin yekun mərhələsi başlanıb.
İRİB-in məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı general Məhəmməd Əli Cəfəri və Hərbi Hava Qüvvələrinin komandanı general Əmir Əli Hacızadənin iştirakı ilə bu hərbi təlimlərə ötən gecə start verilib.
"Vilayət İqtidarı" raket hərbi təlimləri İran İslam Respublikasının inqilaba və ölkənin quruluşu və ərazi bütövlüyünə qarşı istənilən təhdidlə mübarizə üçün hərtərəfli hazırlığı və önləyici qüdrəti məqsədilə "Vəhdət, Həmrəylik və Yekdillik sayəsində iqtidar və davamlı təhlükəsizliyin nümayişi" şüarı ilə İranın müxtəlif bölgəsində bir neçə mərhələdə ballistik raketlərin atılması ilə keçirilir.