Mart 08, 2016 20:02 Asia/Baku
  • Ballistik raketlər raket sanksiyalarının tətbiqinə qətiyyətli cavabdır
    Ballistik raketlər raket sanksiyalarının tətbiqinə qətiyyətli cavabdır

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı milli təhlükəsizlik və müdafiə qüdrətinin İranın qırmızı xətti olduğunu bildirərək deyib: İslam İnqilabı və regionun təhlükəsizliyinin düşmənləri Sepahın raketlərinin uğultusundan qorxuya düşməlidirlər.

Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri "Vilayət İqtidarı" hərbi təlimlərinin yekun mərhələsində bu hərbi təlimlərin keçirilməsi və İranın müxtəlif bölgələrindən ballistik raketlərin atılmasını raket sanksiyalarının tətbiq olunmasında düşmənlərin vecsiz sözlərinə qətiyyətli cavab adlandırıb və bildirib: Bu raketlərin atılması ilə ölkədə yayılmış Sepahın raket platformalarının fəaliyyətinin bir hissəsi nümayiş etdirildi.

O əlavə edib: Vilayət İqtidarı hərbi təlimlərinin keçirilməsi ilə düşmənlərimiz anlayacaqlar ki, müdafiə iqtidarı və milli təhlükəsizlik bizim qırmızı xəttimizdir və heç bir şəraitdə onunla əlaqədar danışmaq niyyətində deyilik.

Düşmənçiliklər qarşısında İran İslam Respublikası quruluşunda təhlükəsizliyin birinci prioritet və önəmli məsələ olduğunu qeyd edən Cəfəri deyib: Allah-taalaya şükür edirik ki, Silahlı Qüvvələr, xüsusilə də Sepahın raket sektorunun iqtidarı və hazırlığı və Aeronavtikanın qeyrətli və mücahid qüvvələrinin təşəbbüsü regionda misilsiz qüdrəti yaratmışdır. Bu hərbi təlimlərdə onun bir hissəsi nümayiş olunur.

Sanksiyaların Sepahın raket qüdrətinin yüksəlməsinə təsir etməsinə münasibət bildirən Cəfəri deyib: Əl-həmdulillah bu gün bizim istehsalımız yüz faiz yerlidir və xaricə arxalanmamışıq. Biz bu sanksiyalarda inkişaf etmişi və özünü təminə çatmışıq.

Rəsmilərin raket potensialının yüksəlməsini quruluşun qırmızı xətti hesab etdiyini və yekdil olduqlarını bildirən general əlavə dib: Düşmənlərimiz də bunu anlayıblar ki, sanksiyaları və təhlükəsizlik təzyiqlərini artırmaqla İranın potensiallarının yüksəlməsinə təsir edə bilməmişlər. Buna görə iqtisadi sanksiyaları tətbiq etməklə bizi raket sahəsində məhdudlaşdırmaq niyyətindədirlər.

Sepahın baş komandanı Vilayət İqtidarı hərbi təlimlərinin müraciətini İran xalqı və regionun qonşu ölkəkləri üçün təhlükəsizlik adlandırıb və deyib: İranın təhlükəsizliyi region ölkələrinin təhlükəsizliyidir və bütün səyimiz ölkənin təhlükəsizliyini bərqərar etmək istiqamətindədir.

Cəfəri sonda İran İslam Respublikasını diqqətə çəkən ən çox təhdidin sionistlər tərəfindən olduğunu bəyan edərək deyib: İranla daha çox düşmənçiliyi olan hər bir kəs təbii şəkildə bu hazırlıq və potensiallardan qorxudadır. Raketlərimizin əksəriyyətinin mənzilinin qəsbkar sionist rejimi əhatə etdiyinə görə, ən çox nigaran olan onlardır.

Teqlər