Mart 09, 2016 14:43 Asia/Baku
  • 2025-ci ilə qədər 100000 meqavat elektrik enerjisi
    2025-ci ilə qədər 100000 meqavat elektrik enerjisi

İranın Atom Enerjisi Təşkilatının sözçüsü İran İslam Respublikasının qarşıdan gələn 10 il ərzində 9 yeni atom elektrik stansiyasına ehtiyaclı olduğunu bildirib.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi 2025-ci ilə kimi minimum 100000 meqavat elektrik enerjisinin istehsal edilməli olduğuna işarə edərək, deyib: İranın elektrik enerjisinə olan ehtiyacının 8-12 faizi atom elektrik stansiyaları hesabına təmin edilməlidir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü yeni atom elektrik stansiyalarının quraşdırılması barədə də deyib: Yerli özəl sektorun və xarici investorların bu sahəyə sərmayə qoyuluşuna şərait yaradılmalıdır və nüvə anlaşmasının icrasından sonra bu məsələyə maraq xeyli artıb.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ötən il Moskvaya olan səfəri zamanı İranın cənubunda, Buşehrdə daha 2 atom elektrik stansiyasının quraşdırılması barədə Rusiya ilə müqavilə imalayıb.

Rusiya indiyə kimi Buşehrdə bir AES inşa edib.

Bu AES-in quraşdırılması müqaviləsi 1995-ci ildə yekunlaşdı. Amma, icra əməliyyatı texniki məsələlər və maliyyə problemlərinə görə bir neçə dəfə təxirə salındı.

Buşehr AES-i 1000 meqavatlıq gücə malikdir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında fəaliyyət göstərir. 2012-ci ilin yayında Buşehr AES-i tam gücü ilə işləməyə başlayıb.

İran 2013-cü ilin yarısında ilk atom elektrik stansiyasını Rusiyadan təhvil almış oldu.

İran və 5+1 qrupu arasına əldə olunmuş nüvə anlaşmasına əsasən İran zənginləşdirdiyi uranı satmaq və onun müqabilində təbii uran və ya sarı keyk almaq imkanı əldə edib.

Teqlər