Zərif Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının baş katibi ilə məşvərət edib
https://azeri.sahartv.ir/news/İran-i210724-zərif_asiya_Əməkdaşlıq_dialoqu_assambleyasının_baş_katibi_ilə_məşvərət_edib
İranın xarici işlər naziri və Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının baş katibi asiyalı xalqların inteqrasiyaları, anlaşmaları və həmrəylikləri vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2016 06:15 Asia/Baku
  • Zərif Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının baş katibi ilə məşvərət edib
    Zərif Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının baş katibi ilə məşvərət edib

İranın xarici işlər naziri və Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının baş katibi asiyalı xalqların inteqrasiyaları, anlaşmaları və həmrəylikləri vacibliyini vurğulayıblar.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Tailandın Banqkok şəhərində Asiya Əməkdaşlıq Dialoqu Assambleyasına üzv ölkələrin xarici işlər nazirlərinin on dördüncü iclası kənarında bu assambleyanın baş katibi ilə görüşdə bu böyük qitə ölkələrinin əməkdaşlıqlarının genişləndirilməsi yolları barədə danışıb.

İranın xarici işlər naziri bu görüşdə Tehranın 2016-cı ilin sentyabrında Asiya Əməkdaşlıq Dialoqu Assambleyasına üzv ölkələrin turizm nazirlərinin birinci iclasını keçirməyə hazır olduğunu bildirib və deyib ki, İran Asiya Əməkdaşlıq Dialoqu Assambleyasına mədəni layihəsinin öncülü olub və Tehranda həmkarlıq mərkəzi işə salınıbdır.

Asiya Əməkdaşlıq Dialoqu Assambleyası 33 üzvə malik beynəlxalq bir təşkilat olaraq, 2002-ci ildə öz fəaliyyətinə başlayıbdır.