Mart 13, 2016 11:43 Asia/Baku
  • Məşhəd Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətində əzadardır
    Məşhəd Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətində əzadardır

Bu gün 3 cəmadiüs-sani əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür və şiələrin 8-ci imamı Əli İbn Musa Rzanın (ə) pak ziyarətgahı qara geyinib.

Müqəddəs Məşhəd bu gün peyğəmbər ailəsinin aşiqləri və vurğunlarına ev sahibliyi edir və ziyarətgahda xüsusi mərasim keçirilməkdədir. Şiələr islamın böyük xanımı Həzrət Fatimənin (s.ə) şəhadətinin ildönümü müsibətində göz yaşı axıdırlar.

Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar Şirazda Şahçıraq (ə) ziyarətgahında 600-dən çox xidmətçinin iştirakı ilə xüsusi mərasim keçirilib.

Həzrət Zəhra (s.ə) 18 ildən çox yaşamadı, çox qısa bir ömür. Lakin bu ömür o qədər bərəkətli idi ki, Quran-Kərim onu kövsər və çoxu xeyir adlandırmışdır.

Səhər Beynəlxalq Televiziyası Həzrət Zəhranın (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar bütün müsəlmanlara, xüsusilə də Fatimə məktəbinin vurğunu olan qadınlara başsağlığı verir.

Teqlər