Haşimi Rəfsəncani: Qərb terrorizmlə mübarizədə sözü və əməlində ziddiyyətlə üzləşib
Ayətullah Əkbər Haşimi Rəfsəncani deyib: Qərb terrorizmlə mübarizədə sözü və əməlində ziddiyyətlə üzləşib və bu önəmli məsələ terrorizmlə real və köklü mübarizəni problemlə üzləşdirib.
İRNA-nın məlumatına görə, Ayətullah Haşimi Rəfsəncani Fransanın sabiq baş naziri Fransis Filvenlə görüşdə Avropa Birliyinin Ərəibstanın Yəməndəki müharibəsi qarşısındakı mövqeyinə toxunaraq deyib: Ərəbistanın əsaslı yanlışlıqlarından biri bəzi ərəb ölkələri ilə koalisiya quraraq Yəməndə müharibə yaratmasıdır.
Məsləhət Şurasının rəhbəri Yəmən xalqını zirək, müqavimətli, qənaətci və sadə yaşayan xalq adlandırıb və əlavə edib: Son vaxtlar Ərəbistanda bir sıra əlamətlər müşahidə olunur ki, Yəmənlə müharibədən məyus olub və müharibəyə qarşı olan Avropa Birliyi və Amerikanın son mövqeləri bu naümidlikdə təsirli olmuşdur.
Ayətullah Haşimi Rəfsəncani Yəməndə müharibənin Ərəbistan üçün baha başa gələcəyini bəyan edərək bildirib: Ərəbistan bu müharibədə çox xəsarət ala bilər və sonda atəşkəsi qəbul etməyə məcbur olacaq.