İnqilab Rəhbərinin 1394-cü ildəki ən mühüm cümləsi
Həzrət Ayətullahuluzma Xameneinin "Sionist rejim qarşıdakı 25 ili görməyəcək" cümləsi xalq tərəfindən o həzrətin 1394-cü günəş ilindəki ən mühüm və ən yadda qalan cümləsi kimi seçilibdir.
KHAMENEI.IR informasiya portalı tərəfindən "İstifadəçilərin nöqteyi-nəzərindən, İnqilab Rəhbərinin ilin ən mühüm cümləsi" mövzusu ilə martın yeddisindən martın on beşinədək keçirilən rəy sorğusunda xalq müxtəlif cümlələri seçib. Alınmış təqribən iyirmi min nəzər və mesajın araşdırılması göstərir ki, Həzrət Ayətullahuluzma Xameneinin bəyanatlarından olan "sionist rejim qarşıdakı 25 ili görməyəcək" cümləsi xalq tərəfindən o həzrətin 1394-cü günəş ilindəki ən mühüm və ən yadda qalan cümləsi kimi seçilib.
Ardıcıl olaraq üçüncü ildir ki, İnqilab Rəhbərinin sionist rejimin hədələrinə cavabı xalq tərəfindən o həzrətin ilboyu verdikləri bəyanatlardan ən mühüm cümlə kimi seçilir.
Auditoriyanın nöqteyi-nəzərindən, "Xalq, sionistlərlə mübarizə vurğunudur", eləcə də "Əgər onlardan, yəni sionist rejimdən bir qələt baş verərsə, İran İslam Respublikası Təl-Əviv və Hayfanı yerlə yeksan edəcək" cümlələri o həzrətin ilin digər ən mühüm cümlələrindən olubdur.