Mart 22, 2016 12:06 Asia/Baku
  • İran BMT-də novruz şənliyinin yüksək səviyyəli qonaqlarına ev sahibliyi edib
    İran BMT-də novruz şənliyinin yüksək səviyyəli qonaqlarına ev sahibliyi edib

Qədim novruz mərasimi İranın BMT-dəki daimi nümayəndəliyinin müdiriyyəti və ev sahibliyi, on iki digər ölkənin və BMT baş katibinin iştirakı ilə bu təşkilatın əsas qərargahında keçirilib.

IRNA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru bu mərasimdə çıxış edib. O, novruzu şadlıq, birgə olma, təbiəti qoruma, mötədillik, evin və insanın özünün təmizliyi, həmçinin ümid, şadlıq, nur, həyat və eşqin müraciətçisi olan əhatəli mədəni və ictimai bir fenomen adlandırıb.

Xoşru əlavə edib: İfratçılıq və radikalizmin terrorizm, savaş, ölüm və dağıntı kimi nəhs fenomenlər yaratdığı bir dünyada novruz sülh və tolerantlıq müraciətçisidir və o, böyük bir fürsət yaradır ki, dünya ictimaiyyətinə və bəşəriyyətə dünya xalqları arasında dostluq gözəllikləri, sülh və əməkdaşlıq bəxş etmiş olsun.

BMT-nin baş katibi Ban Ki Mun da bu mərasimdə iştirak edərək, novruz bayramı münasibətilə İran xalqını və baharın gəlməsini yeni ilin başlanmasının ildönümü günü kimi bayram edən digər ölkələrin xalqlarını təbrik edərək, novruzu qədim və modern dünya ilə əlaqəli bir ənənə kimi yad edib.

Ban Ki Mun regional və beynəlxalq böhranlara, onlardan irəli gələn problemlərə toxunaraq, bildirib: Novruz olduqca yaxşı fürsətdir ki, öz əzmkarlığımızı daha yaxşı gələcək qurmaq üçün təmərküzləşdirək, heç kəsi bu keçiddə tənha qoymayaq və davamlı sülh və səmimi əlqələrin qurulması üzərində təmərküzləşmə, eləcə də əziyyətlər və çətinliklərin köklərinin kəsilməsi istiqamətində addım ataq.

BMT-nin UNESKO(UNESCO) təşkilatının baş direktoru İrina Bovkova da bir bəyanatda novruz bayramı və yeni günəş ilini təbrik edərək, deyib ki, novruz bayramı müxtəlif cəmiyyətlərdə fərqli adət-ənənələrin mövcud olmasına rəğmən, şadlıq və ruh yüksəkliyi ilə yanaşı olan birlik və dinc yanaşı yaşamada müştərək insani amalların təzahürüdür.

Novruz 2009-cu ildə UNESKO ofisində qeydə alınaraq, 2010-cu ildə BMT-nin Baş Assambleyasında elan və yeni günəş ili günü kimi BMT-nin rəsmi təqvimində dərc olundu.

Teqlər