İnqilab Rəhbəri bəzi məhkumların əfvi və ya cəzalarının azaldılması ilə razılaşıblar
Mart 29, 2016 13:38 Asia/Baku
Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın viladəti münasibətilə və İran İslam Respublikası günü ərəfəsində İslam İnqilabının Böyük Rəhbəri bəzi məhkumların əfvi və ya cəzalarının azaldılması şəraiti və qaydaları ilə razılaşıblar.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricaninin Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın bərəkətlə dolu mövludu münasibətilə və 12 fərvərdin-31 mart, İran İslam Respublikası günü ərəfəsində etdiyi xahişə cavabda bəzi məhkumların əfvi və ya cəzalarının azaldılması şəraiti və qaydaları ilə razılaşıblar.