Zərif Palmiranın azad edilməsi münasibəti ilə Suriya xarici işlər nazirini təbrik etdi
-
Zərif Palmiranın azad edilməsi münasibəti ilə Suriya xarici işlər nazirini təbrik etdi
İran İslam Respublikasının xarici işlər naziri Suriyanın tarixi Palmira(Tadmur) şəhərinin azad edilməsi münasibəti ilə Suriya xalqı və dövlətini təbrik edib.
İRNA-nın verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Palmira şəhərinin azad edilməsi münasibəti ilə çərşənbə axşamı suriyalı həmkarı Vəlid Müəllimə ünvanladığı müraciətdə deyib: Suriya birlik, həmrəylik və ərazi bütövlüyünü qorumaq, terrorizm ilə mübarizə aparmaq və siyasi prosesləri inkişaf etdirməklə regionda terrorizmin inkişafını önləyib.
Suriya ordusu və müqavimət qüvvələri bazar günü, bir neçə gün davam edən ağır döyüşlərin ardınca, tarixi Palmira şəhərini İŞİD terrorçularının işğalından azad ediblər.
Tarixi Palmira şəhəri 2015-ci ilin may ayında İŞİD terrorçuları tərəfindən ələ keçirilmişdi.