İnqilab Rəhbərinin məddahlar qarşısındakı bəyanatı
İslam İnqilabının Böyük Rəhbəri: Hegemonçuluq quruluşu siyasi, iqtisadi, mədəni və hərbi zorakılıq siyasətinə söykənərək, İran xalqına zərbə vurmaq üçün heç bir səyini əsirgəməyəcək. Bu gerçəkliyi görməməzliyə vurmaq olmaz.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü Xanım Fatimənin(s.ə) mövlud günü münasibəti ilə məddahlar ilə görüşdə hərbi qüdrəti hegemonçuların İran xalqına qarşı zorakılıqda başlıca vasitə adlandırıb və deyiblər: Dünyanın meşə qanunları ilə idarə olunduğu hazırkı dönəmdə İran İslam Respublikası sadəcə müzakirə və iqtisadi mübadilə, habelə elm və texnologiya ardınca getmiş olsa və müdafiə qüdrətinə malik olmasa, hətta kiçik ölkələr belə, İran xalqını təhdid etməyə cürət etməzlərmi?
İslam İnqilabının Böyük Rəhbəri gələcəyi raket yax, müzakirə dövranı təsəvvür edənləri tənqid edərək, deyiblər: Əgər bu söz agahlıq üzündən deyilmiş olarsa, xəyanətdir.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Dövran hər şey dövranıdır. Yoxsa, İran xalqının haqqını çox rahatlıqla yeyərlər.
İnqilab Rəhbəri İnqilab düşmənlərinin bütün qədim və modern metodlardan istifadə edərək, İrana zərbə vurmağa çalışdıqlarını deyərək, vurğulayıb: Onlar müzakirə, iqtisadi mübadilə, sanksiya, hərbi təhdid və mümkün olan istənilən vasitə ilə öz məqsədlərinə çatmağa çalışırlar. Biz də bütün bu sahələrdə özünü müdafiə qüdrətinə malil olmalıyıq.
İnqilab Rəhbəri həmçinin, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın raket potensialının nümayiş etdirilməsinin Amerika və İsrailin əlindən bezmiş amma, əlindən bir iş gəlməyən xalqların sevincinə səbəb olduğunu deyiblər.
İnqilab Rəhbəri bəzi istisnalarla müzakirə və diplomatiya ilə razı olduqlarını bəyan edib və deyiblər: Müzakirə ilə müxalif olduğumuzu təbliğ etməsinlər. Biz, müzakirələrdə aldanmamaq üçün, güclü və ayıq olmağa təkid edirik.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei həmçinin məddahlara tövsiyə olaraq deyib: Düşmənlərin gənc nəslin inancını zəiflətmək üzrə səylərinə qarşı mübarizənin aparılması vacib məsələdir.
İnqilab Rəhbəri bəyanatının sonunda bir daha İranın mövqeyini gücləndirmək üçün siyasi, iqtisadi, ictimai və müdafiə imkanlarından maksimum səviyyədə istifadə edilməli olduğunu vurğulayıblar.