Salehi İranın nüvə nailiyyətlərini şərh etdi
İran Atom Enerjisi Təşkilatının sədri İranın dinc məqsədli nüvə proqramını şərh edərək, deyib ki, nüvə anlaşmasından sonra 220 ton sarı keks ehtiyatlar məcmusuna əlavə olunubdur.
IRIB-nin məlumatına görə, İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi şənbə günü gecə ölkənin ikinci telekanalının xüsusi xəbər dialoqu verilişində İranın xüsusən nüvə anlaşmasından sonrakı nüvə nailiyyətlərini şərh edərək, söyləyib: Bütün nüvə fəaliyyətləri dövründə İranın sarı keks ehtiyatları bütövlükdə 500 ton idi ki, nüvə anlaşmasından sonra ona 220 ton əlavə olunubdur.
Salehi "Kəşfiyyat və qazıntı sahəsində qüdrətlə irəliləyirik" deyərək, bildirib ki, bu sahədə İran ərazisinin 73 faizini əhatə etmişik və yerdə qalan hissə qarşıdakı iki ildə həyata keçiriləcək.
İran Atom Enerjisi Təşkilatının sədri "Nüvə tədqiqatı və inkişafı bölməsində səkkiz modern sentrifuqanın düzəldilməsi üzərində işləyirik" söyləyərək, əlavə edib: Bundan başqa, sağlamlıq sahəsi üzrə sentrifuqalar üzərində tədqiqat aparmaqdayıq.
Salehi nüvə anlaşmaslndan sonra sentrifuqaların fəaliyyətinin əlli faiz azalaraq, beş min ədədə çatdığını təsidiqləyərək, deyib: Bu azalma ilə təqribən 700 kiloqram az uran istehsal edirik ki, bu miqdar o qədər də böyük rəqəm deyildir.
İran Atom Enerjisi Təşkilatının sədri deyib: Hazırda Ərak aqır su təsisatları öz yerində durur, yanacağı da istehsal edilir və qarşıdakı üç gün ərzində bu yanacaq Tehran reaktorunda yerləşəcəkdir.
İran Atom Enerjisi Təşkilatının sədri sonra deyib: Çinli tərəflə Ərak aqır su reaktorunun rekonstruksiyası başlanıb və mövzu konstruksiyası başa çatıddır.
Salehi habelə Buşehrdə daha iki nüvə elektrik stansiyasının inşası üzrə müqavilənin Rusiya ilə imzalanmasına toxunaraq, deyib: İranlı və rus ekspertlər bu stansiyaların texniki xüsusiyyələri barədə razılığa gələn kimi həmin iki stansiyanın icra əməliyyatı başlanacaq.
İran Atom Enerjisi Təşkilatının sədri nüvə xəstəxanasının inşası üçün lazımi yerin ayrılmasına toxunaraq, deyib: Tezliklə bir qrup ekspert bu xəstəxanaya lazım olan təchizatların satın alınması barədə müzakirə üçün Avstriyaya yola düşəcək.
Salehi əlavə edib: Nüvə xəstəxanası Asiyanın qərbində nümunəvi xəstəxana olacaq və onun inşası üçün büdcə problemi yoxdur.
İran Atom Enerjisi Təşkilatının sədri söyləyib: Nüvə anlaşmasının texniki cəhətlərində xoşbəxtlikdən üstünlüyə malikik və bu, onları niragan edir.
O, sonra deyib: Amerikalıların təftişlər barədə irəli sürdükləri hallar Amerikanın daxilindəki qarşı tərəfləri qane etmək üçündür.