Aprelin 12-də Sepah-ın təhlükəsizlik manevri keçiriləcək
Sepah-ın quru qoşunları komandanı ölkənin şərqində Böyük Peyğəmbər(s.ə.s.) təhlükəsizlik manevrinin keçirilməsindən xəbər verib.
IRIB-nin məlumatına görə, general-mayor Məhəmməd Pakpur bazar günü bir mətbuat konfransında əlavə edib: Üçgünlük Böyük Peyğəmbər(s.ə.s.) təhlükəsizlik manevri aprelin 12-dən İranın cənub-şərqində keçiriləcək.
General-mayor Pakpur deyib ki, məntəqə bölmələrinin döyüş hazırlığının qorunması, qüvvələrin sərhəd nöqtələrindəki qüdrətinin nümayiş etdirilməsi və yerliləşdirmə istiqaməti ilə təhlükəsizliyin bərqərarı və mahiyyətin verilməsi Böyük Peyğəmbər(s.ə.s.) təhlükəsizlik manevrinin hədəflərindən sayılır.
Sepah-ın quru qoşunları komandanı bildirib ki, hər bir ölkənin hərbi qüvvələri manevrlərdə öz qüdrətlərini dünya xalqlarına nümayiş etdirirlər. O, deyib: Bu əsasda Böyük Peyğəmbər(s.ə.s.) təhlükəsizlik manevri səbəb olacaq ki, düşmənlər İran İslam Respublikası ilə qarşılaşma üzrə hesablamalarında səhv etməsinlər.