Böyük Peyğəmbər(s) manevrinə start verildi
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Quru Qoşunlarının Qüds Qərargahının İranın cənub-şərq məntəqəsi üzrə komandanı Böyük Peyğəmbər(s) manevrinin keçirilməsindən xəbər verib.
İRİB-nin bu günə olan məlumatına görə, general-mayor Məhəmməd Marani deyib: Bu 3 günlük manevrdə 5 fərdi qərargah, Sepah-ın Quru Qoşunlarının desant qüvvələri, artilleriya bölmələri, sərhəd qüvvələri, nizam-intizam qüvvələri və xalq qüvvələri iştirak edir.
General-mayor Marani Böyük Peyğəmbər(s) manevrinin keçirilməsində məqsədin inkişaf və abadlıq üçün məntəqədə mövcud olan infrastrukturların möhkəmləndirilməsi, xalqın regionun təhlükəsizliyinin təmin edilməsində iştirakı və hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi adlandırıb.
Böyük Peyğəmbər(s) manevrinin keçirildiyi ərazi İranın Sistan və Bəluçestan, Kerman, Cənubi Xorasan və Hörmüzqan əyalətlərini əhatə edir.
Sepah-ın Quru Qoşunları komandanı general-mayor Məhəmməd Pakpur da bazar günü Böüyk Peyğəmbər(s) manevrinin keçirilməsindən xəbər verərək, bu manevrin İran xalqı üçün iqtidar və önləyicilik, region ölkələri üçün isə sülh, sabitlik və dostluq müraciətinə malik olduğunu bildirmişdi.