Apr 13, 2016 12:30 Asia/Baku
  • Böyük Peyğəmbər(s.ə.s.) manevrinin ikinci günü
    Böyük Peyğəmbər(s.ə.s.) manevrinin ikinci günü

Sepah-ın quru qoşunlarının İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mircave məntəqəsində keçirdikləri Böyük Peyğəmbər(s.ə.s.) manevrinin ikinci günü təşkil olunub.

ISNA-nın məlumatına görə, manevrin bu mərhələsində üç növ əməliyyat, o sıradan pusqu, trafik və fərzi düşmən tərəfindən ələ keçirilmiş mərkəzlərin geri qaytarılması əməliyyatları həyata keçirilib.

Sepah-ın quru qoşunlarının komandanı general-mayor pasdar Məhəmməd Pakpur hücum-təhlükəsizlik hərəkətlərinin edilməsini bu manevrin özəlliklərindən adlandırıb. O, deyib: Qabaqkı manevrlərdə manevrdə iştirak edən bölmələr tərəfindən müdafiə hərəkətləri həyata keçirilərdi, amma Böyük Peyğəmbər(s.ə.s.) manevrinin fərqli cəhətlərindən biri, manevr məntəqəsində yerləşən bölmələr tərəfindən hücum-təhlükəsizlik hərəkətlərinin həyata keçirilməsidir.

General-mayor Pakpur hücum zərbəsinin icrasını Böyük Peyğəmbər(s.ə.s.) manevrinin digər özəlliklərindən adlandırıb.

Sepah-ın quru qoşunlarının Böyük Peyğəmbər(s.ə.s.) manevrinin birinci etapı çərşənbə axşamı günü İranın cənub-şərqində öncədən təyin olunmuş taktikalar və tapşırıqların yerinə yetirilməsilə uğurla başa çatıb.

Böyük Peyğəmbər(s.ə.s.) manevri cümə axşamı günü Sistan və Bəluçestan vilayətinin mərkəzi olan Zahidan şəhərində İranın cənub-şərqindəki köçəri tayfalar və qəbilələrin başçıları, eləcə də Sepah və bəsic üzvlərinin toplanışının təşkili ilə sona çatacaq.

Teqlər