Serbiya və İran prezidentləri görüşüblər
İran prezidenti deyib: İran İslam Respublikası Avropa Birliyi, o cümlədən Balkan ölkələri ilə əməkdaşlıqların genişləndirilməsini müsbət qarşılayır.
İran prezidenti Həsən Ruhani bazar günü Tehranda Serbiya prezidenti Tomislav Nikoliçlə görüşdə əlavə edib: Tehran və Belqrad geniş imkan və potensiallara malikdirlər. Bu imkanlardan iki xalqın mənafeyi və əməkdaşlığını genişləndirmək üçün istifadə edə bilərlər.
Ruhani həmçinin terrorizm və radikalığın genişlənməsini region və dünyanın ciddi problemlərindən biri adlandırıb və terrorizmi dinlərə aid etməklə bağlı bəzi səylərə toxunaraq deyib: İlahi dinlər, xüsuilə də İslam dini terrorizmə qarşıdır və hamı terrorizmlə mübarizə üçün birləşməlidir.
Serbiya prezidenti Tomislav Nikoliç də İranla əlaqələrin genişlənməsini rəğbətlə qarşıladığını bildirərək deyib: İran İslam Respublikasının sanksiyalar dövründəki müqaviməti və nüvə müzakirələrindəki qələbəsi onun böyüklüyü və mədəni qüdrətinin göstəricisidir.
Serbiya prezidenti şənbə günü Beynəlxalq Nevrologiya Elmləri Federasiyasının V simpoziumunda iştirak etmək üçün şənbə günü Tehrana gəlib.
Beynəlxalq Nevrologiya Elmləri Federasiyasının V simpoziumu Tehranda 90 ölkədən mütəxəssislərin iştirakı ilə keçirilir. Simpoziumun kənarında təlim kursları təşkil olunmalı və iştirakçılar tərəfindən 600 ixtisaslı məqalə təqdim olunmalıdır.