İran prezidenti Hindistan xarici işlər nazirini qəbul edib
İran İslam Respublikası prezidenti deyib: İran və Hindistanın əlaqələrinin genişlənməsi regionun iqtisadi inkişafı və təhlükəsizliyinin xeyrinədir.
İran prezidenti Həsən Ruhani bazar günü Hindistan xarici işlər naziri Suşma Şvaracla Tehranda görüşdə iki ölkənin potensial və imkanlarına toxunaraq əlavə edib: Tehran və Yeni Dehlinin müştərək mənafeyi vardır və iqtisadi münasibətlər, siyasət sahəsi və regional və beynəlxalq məsələlərdə geniş əməkdaşlıqlar edə bilərlər.
İran prezidenti İran və Hindistanın yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərlərini əlaqələrin genişlənməsində təsirli adlandırıb və bildirib: İran və Hindistan bir-birinin iqtisadi təkmilləşdiricisidir və İran Hindistanın ehtiyac duyduğu enerjinin təminatında etibarlı mənbə ola bilər.
Hindistan xarici işlər naziri Suşma Şvarac da deyib ki, ölkəsi İranla bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Şvarac İran və Hindistan xalqlarının möhkəm bağlılığını iki dövlətin siyasi və iqtisadi əməkdaşlıqlarının genişlənməsində önəmli amil adlandırıb və əlavə edib: Hindistan yeni dirçələn iqtisadiyyat və enerjiyə ehtiyaclı ölkə olaraq iki ölkə üçün uduş-uduş nəticəli inteqrasiyaya əsaslanan əlaqələrin tərəfdarıdır və bu əlaqələr ticarət əməkdaşlıqlarından daha geniş şəkildə müəyyənləşməlidir.