Apr 19, 2016 08:14 Asia/Baku
  • İran sionist rejimin nazirlər kabinetinin işğal olunmuş Cövlanda iclas keçirməsini pisləyib
    İran sionist rejimin nazirlər kabinetinin işğal olunmuş Cövlanda iclas keçirməsini pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin nazirlər kabinetinin işğal olunmuş Cövlanda iclas keçirməsini pisləyib və xatırladıb ki, bu məntəqə Suriyaya aiddir.

IRNA-nın məlumatına görə, Hüseyn Cabiri Ənsari sionist rejimin öz nazirlər kabinetinin iclasını işğal olunmuş Cövlan yüksəkliklərində keçirmək üzrə ekspansianist hərəkətini və bu məntəqə barədəki puç iddialarını təkrarlamasını pisləyərək, bildirib ki, Cövlan Suriyaya aid olan işğal olunmuş bir məntəqədir və gec-tez işğalın aradan götürülməsilə həmin ölkəyə qaytarılacaqdır.

O, sionist rejimin bu hərəkətini beynəlxalq qayda-qanunların pozulması adlandırıb və bu rejimin ekspansianist və təhrikedici hərəkətləri ilə mübarizədə dünya ictimaiyyətinin ciddi addım atmasını istəyib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bazar günü bu rejimin nazirlər kabinetinin Suriyanın işğal olunmuş Cövlan məntəqəsindəki ilk iclasında dünya ictimaiyyətindən istəyibdir ki, bu rejimin Cövlana hökmranlıq etməsni rəsmi şəkildə tanısın.

Teqlər