BMT İranın mühacirlərə xidmətlərindən razılıq edib
https://azeri.sahartv.ir/news/İran-i215656-bmt_İranın_mühacirlərə_xidmətlərindən_razılıq_edib
BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarının əməliyyat üzrə köməkçisi İranın mühacirlərə xidmətlərindən razılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 09:53 Asia/Baku
  • BMT İranın mühacirlərə xidmətlərindən razılıq edib
    BMT İranın mühacirlərə xidmətlərindən razılıq edib

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarının əməliyyat üzrə köməkçisi İranın mühacirlərə xidmətlərindən razılıq edib.

IRNA-nın məlumatına görə, BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarının əməliyyat üzrə köməkçisi Corc Oka Obo bazar ertəsi günü Əfqanıstan vətəndaşlarının İrandan geri dönmələrinə toxunaraq, deyib: Hələ də İran daxilində olan mühacirlərin geri dönmələri proqramlarının sürətləndirilməsi BMT-nin ən mühüm proqramlarındandır.

Oka Obo əlavə edib: İranda əfqan mühacirlərə göstərilən xidmətlər heç bir vəchlə digər ölkələrdə göstərilən xidmətlərlə müqayisə olunası deyil.

O, İrana səfərinin əsas hədəfini, BMT-nin mühacirlər və xarici vətəndaşların məsələləri üzrə nümayəndəsi kimi İran İslam Respublikası dövlətinə təşəkkür etmək adlandırıb.

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarının əməliyyat üzrə köməkçisi bazar ertəsi günü bir heyətlə Əfqanıstan vasitəsilə İranın şimal-şərqindəki Xorasane Rəzəvi vilayətində yerləşən Doğarun şəhrestanına daxil olub.

Doğarun sərhədindən və xarici vətəndaşların müalicəsi üzrə klinikadan baxış keçirmək bu heyətin Doğarun sərhədindəki proqramlarından olub.