İnqilab Rəhbəri: Amerika İranofobiyanı davam etdirir
İslam İnqilabının Böyük Rəhbəri: Amerikalılar İran əleyhinə müxtəlif sanksiyalara israr etməklə, İranofobiyanı yaratmaqla, ölkənin xariclə iqtisadi anlaşma yollarında praktiki olaraq maneə yaratmağa çalışırlar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü Fəhlələr Həftəsi münasibəti ilə minlərlə fəhləni qəbul ediblər.
Bank mübadilələrində amerikalıların təxribatçılığını İranın Amerikaya bədbinliyinin aşkar nümunəsi adlandıran İnqilab Rəhbəri deyiblər: Dünyanın böyük banklarının İranla əməkdaşlıq etmək istəməmələrinin səbəbi Amerikanın yaratdığı və davam etdirdiyi İranofobiyadır.
İran əleyhinə sanksiyaları qorumaq üçün Amerika rəsmilərinin açıqlamasına münasibət bildirən İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Onlar deyirlər ki, İran terrorizmi himayə edən ölkə olub və terrorizmi himayə etdiyinə görə, sanksiya tətbiq edilməsi mümkündür. Bu məsələnin müraciəti budur ki, İranla mübadilə istiqamətində addım atmayın. Nəticədə xarici banklar və investorlar İranla mübadilədən qorxuya düşürlər.
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Terrorizm məsələsi barəsində amerikalılar bütün terrorçulardan pisdirlər və mövcud məlumatlara görə, hələ də tanınmış terrorçulara kömək edirlər.
İnqilab Rəhbəri əlavə ediblər: Amerikalılar iddia edirlər ki, xarici ölkələrin əməkdaşlıq etməməsinin səbəbi İranın daxili vəziyyətidir. Halbuki hazırda regionda İrandan stabili yoxdur və İranın daxili şəraiti, gündə neçə nəfərin həlak olduğu Amerikanın özündən, hətta Avropa ölkələrindn də stabildir və İranın daxili vəziyyəti düşmənlərin acığına, çox yaxşıdır.
ABŞ-ın düşmənçiliyinə baxmayaraq, İran İslam Respublikasının ötən 37 ildə nailiyyətinə toxunan Həzrət Ayətullahülüzma Xamenei buyurublar: Əgər bu düşmənçilik yüz il də davam edərsə, onların acığına yüz il də inkişaf edəcəyik.
İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabı dövrü və İslam Respublikası quruluşunda fəhlə cəmiyyətinin vəfalılığı və öncüllüyünü alqışlayaraq fəhlə cəmiyyətinin problemlərinin həll olunması, daxili istehsalın gücləndirilməsi, qaçaqçılıqla mübarizənin vacibliyi və İranın məhsulunun olduğu halda, oxşar məhsulların idxalının qadağan olunmasını vurğulayıblar.