İran prezidentinin birinci müavininin müşaviri Nəsrullah ilə görüşüb
-
İran prezidentinin birinci müavininin müşaviri Nəsrullah ilə görüşüb
İran prezidentinin birinci müavininin müşaviri və Livan Hizbullahının baş katibi Livanın durumu və regionun son siyasi hadisələri ətrafında fikir mübadiləsi aparıblar.
IRNA-nın məlumatına görə, İran prezidentinin birinci müavininin müşaviri Sadiq Xərrazi cümə axşamı günü Beyrutda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşdə deyib ki, region və dünyada təkfirçi terrorizmin yayılması beynəlxalq təhlükəsizliyi acınacaqlı nəticələrlə üzləşdirəcək.
Xərrazi bəzi ölkələrin təkfirçi qrupları dəstəkləmələrinin davam etməsini tənqid edərək, təkfirçi terrorizmlə ciddi və beynəlxalq mübarizəni zəruri adlandırıb.
İran prezidentinin birinci müavininin müşaviri habelə Fələstinin İslam dünyasının birinci məsələsi kimi İran İslam Respublikasının xarici siyasətindəki mehvər rolu və yerini vurğulayaraq, əlavə edib: İranın Qüdsi-Şərifin və işğal olunmuş ərazilərin azad edilməsini himayə üzrə strategiyası davam edir.