May 01, 2016 18:13 Asia/Baku
  • Fələstin İslami Cihad Hərəkatının baş katibi Zəriflə görüşüb
    Fələstin İslami Cihad Hərəkatının baş katibi Zəriflə görüşüb

İranın xarici işlər naziri Sionist rejim təhlükəsini dəf etmək üçün bütün Fələstin qruplarının birləşməsinin vacibliyini vurğulayıb

Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah Şələh bu gün Tehranda İran İslam Respublikası XİN başçısı Məhəmməd Cavad Zərif ilə görüşdə Fələstin və regionda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıb.

İİR XİN rəhbəri bu gün bütün fələstinli qrupların birliyinin zərurət kəsb etdiyini bildirərək deyib: İslam dünyasının və fələstinli qrupların məqsədi Sionist rejimin təhlükəsini dəf etməyi qarşıya məqsəd qoymalıdırlar.

Zərif Fələstin məsələsinin İslam dünyasının ilk məsələsi olduğunu xatırladaraq deyib: İslam dünyasının ilk məsələsi və Sionist rejimin təhlükəsini kölgəyə salan hər hansı hərəkət qəbuledilməzdir.

Görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibi də Fələstinin daxili durumu, regionun son hadisələri və İran İslam Respublikasının regional böhranların həllindəki xüsusi mövqeyi barədə hesabat verərək, İranın müsbət rolunu xüsusi vurğulayıb.

Teqlər