İran və Almaniya arasında müştərək istehsal əməliyyatı icra edilir
İranın sənaye, mədən və ticarət naziri İran ilə Almaniya arasında müştərək istehsal əməliyyatına başlanılmasından xəbər verib.
Mehr İnformsiya Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət naziri Məhəmmədrza Nemətzadə bu gün Tehranda Almaniyanın iqtisadiyyat və energetika nazirinin parlament məsələləri üzrə müavini Ohbek Mayer ilə görüşündə deyib: Müştərək istehsal və İranın iri sənaye qütbünə çevrilməsi məqsədi ilə İran ilə Almaniya arasında müştərək investisiya İranın uzun müddətli strategiyasıdır.
İranın sənaye, mədən və ticarət naziri sonra deyib: İranın 80 milyonluq bazarı və regionun nəhəng istehlak bazarı Almaniya ilə müştərək istehsala böyük stimul yaradır və bu hər iki ölkənin mənafeyinə uyğundur.
Nemətzadənin dediyinə görə, bundan əlavə Almaniyadan İrana texnologiyanın ötürülməsi, bank və sığorta əməkdaşlıqları eləcə də layihələr üçün lazım olan maliyyə mənbələrin təmin edilməsi İran ilə Almaniya arasında əməkdaşlıqların genişləndirilməsi üçün əlverişli zəmin yarada bilər.
Bu görüşdə Almaniyanın iqtisadiyyat və energetika nazirinin parlament məsələləri üzrə müavini də deyib: İran və Almaniya arasında əməkdaşlıqların keçmişini nəzərə alaraq hər iki ölkə uzun müddətli iqtisadi əməkdaşlıqları düşünür.