May 08, 2016 13:54 Asia/Baku
  • İnqilab Rəhbəri nizam-intizam qüvvələri komandanları ilə görüşdə mühüm bəyanatla çıxış ediblər
    İnqilab Rəhbəri nizam-intizam qüvvələri komandanları ilə görüşdə mühüm bəyanatla çıxış ediblər

İslam İnqilabının Böyük Rəhbəri nizam-intizam qüvvələri rəsmilərinin işçilərin düşüncə, rəftar və əxlaq sağlamlığına habelə, ictimai və əxlaq təhlükəsizliyinin təmin edilməsi məsələlərinə tam və hərtərəfli nəzarətə malik olmalarını vurğulayıblar.

Həzrət Ayətullahülüzma Xamenei bu gün İran İslam Respublikası nizam-intizam qüvvələri komandanları və rəsmiləri ilə görüşdə təhlükəsizlik məsələsini son dərəcə önəmli və birinci dərəcəli prioritet adlandırıb və deyiblər: Təhlükəsizliyin olmadığı bir şəraitdə insanların gündəlik yaşamı, elmi, iqtisadi və idarəçilik fəaliyyətləri qeyri-mümkün vəziyyət almış olar.

İnqilab Rəhbəri daha sonra deyiblər: Müqavimət İqtisadiyyatı sahəsində təşəbbüskarlıq və əməl habelə, daxili iqtisadiyyatın öz təbii formasında inkişaf etməsi məsələləri də təhlükəsizliyə ehtiyaclıdır.

İslam İnqilabının Böyük Rəhbəri gərginliklərin köklərinin nizam-intizam qüvvələri rəsmiləri tərəfindən araşdırılmasını da önəmli məsələ adlandırıb və deyiblər: Nizam-intizam qüvvələrinin yüksək səviyyəli rəsmilərinin yüksək sağlamlığa, diqqətə və məsuliyyət hissinə malik olması habelə, daxili işlər nazirinin insafla desək, bir ata qayğıkeşliyinə malik olan davranışları məqsədlərə çatmaq üçün dəyərləndirilməli olan misilsiz fürsətlərdirlər.

Həzrət Ayətullahülüzma Xamenei nizam-intizam qüvvələri ilə bağlı xalqın düşüncəsində son dərəcə münasib bir təsəvvürün formalaşmasını digər vacib məsələlərdən adlandırıb və deyiblər: "amansızlıqla yanaşı olan iqtidar və qətiyyətlilik", "daxili sağlamlıq", "vaxtında və sürətli iştirak", "mehribanlıq və insanlara yardım etmək" və "qanunçuluq" nizam-intizam qüvvələri ilə bağlı müsbət təsəvvürün formalaşmasına kömək edəcək amillərdirlər.

İnqilab Rəbəri həmçinin, düşmənlərin ötən 37 ildəki bütün səylərinə rəğmən İranın əldə etdiyi uğurları "yaxşı" və "davamlı" adlandırıb və deyiblər: İslam Quruluşu xalqın dəstəyi ilə düşmənlərin dərsini veribdir və düşmənlərin ölkədə gərginlik, əxlaqsızlıq və ümidsizlik yaratmaq üzrə səylərinin səbəbi də elə onların İranın inkişafı ilə bağlı qəzəbindən qaynaqlanır.

İslam İnqilabının Böyük Rəhbəri bütün rəsmiləri və xalqı ölkədəki birlik və həmrəyliyi qorumağa dəvət edib və deyiblər: Təfriqa , ixtilaf və parçalanma düşmənin ardınca olduğu öldürücü zərbələrdirlər.

Teqlər