May 08, 2016 14:05 Asia/Baku
  • Vilayəti: ABŞ ölkələrin İran ilə anlaşması yolunda problemlər yaradır
    Vilayəti: ABŞ ölkələrin İran ilə anlaşması yolunda problemlər yaradır

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Bəşşar Əsədin prezidentlik dövrünün sonuna qədər hakimiyyətdə qalmasını İranın qırmızı xətti adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Əli Əkbər Vilayəti əl-Məyadin informasiya kanalı ilə müsahibədə İranın Livanın daxili məsələlərinə heç bir vəchlə müdaxilə etmədiyini və heç bir digər ölkənin də regionun hazırkı həssas durumundan sui-istifadə edərək, Livanın daxili məsələlərinə müdaxilə etmək haqqına malik olmadığını vurğulayıb.

Ə.Vilayəti daha sonra Suriyanın Hələb əyalətində cərəyan edən hadisələrə münasibət bildirib: "Hələb Suriyanın 2-ci ən iri şəhəridir və bu şəhərin azad və bərpa edilməsi başlıca prioritetlərdəndir.

İnqilab Rəhbərinin müşaviri həmçinin deyib: "Suriyanın qanuni dövləti siyasi danışıqlar yolu ilə həll yolunun tapılması ardınca olmalıdır. Suriyanın dostları və düşənləri yaxşı bilirlər ki, heç bir xarici planı Suriya xalqına qəbul etdirmək olmaz.

Vilayəti Suriya xalqının 2 il öncə Bəşşar Əsədi bu ölkənin prezidenti seçməsinə işarə edərək, Əsədin prezidentlik vəzifəsində qalacağına və yalnız Suriya xalqının onu dəyişmək haqqına malik olduğuna da təkid edib.

Vilayəti Suriya konstitusiyasında qanuni dövlət tərəfindən islahatların həyata keçirilməli olduğuna da təkid edib və deyib: Bəşşar Əsədin prezidentlik müddətinin sonuna qədər hakimiyyətdə qalması bizim qırmızı xəttimizdir.

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri İranın terrorizm və terrorçular ilə mübarizədə Suriya və İraq xalqı və dövlətini himayə etdiyini vurğulayıb və deyib: "Biz, İraqda istənilən qanuni qurumu himayə edirik və bu ölkədə qanuna zidd hərəkətlər ilə müxalifik. Amerika və Ərəbistan İraqın daxili işlərinə müdaxilə haqqına malik deyillər".

Vilayəti İran-Amerika münasibətləri barədə də deyib: Amerikalılar bizim ilə müzakirələrdə sədaqətli deyillər. Öz öhdəliklərinə əməl etmirlər. Amerikalılar İran ilə anlaşmaya nail olmaq istəyən digər tərəflər üçün də problemlər yaradırlar.

Teqlər