İran Ermənistanın sabiq baş nazirinin açıqlamasına reaksiya verib
-
Hüseyn Cabiri Ənsari
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari yerli və xarici jurnalistlərlə keçirdiyi həftəlik brifinqində Ermənistanın sabiq baş nazirinin açıqlamasına reaksiya verib.
Ermənistanın nüvə silahına malik olması və bu silahı təkmilləşdirməsinə dair bu ölkənin sabiq baş nazirinin açıqlamasını diqqətə çatdıran bir jurnalist İran Xarici İşlər Nazirliyinin sözçüsündən İranın qonşu ölkələrinin bu silahlarla təchiz olunması barəsində soruşub.
"Məsul olmayan rəsmilərin açıqlaması ilə əlaqədar ölkənin mövqeyini bildirmək vəzifəmiz yoxdur" deyən Cabiri Ənsari əlavə edib: Ölkələrin məsuliyyətli rəsmilərinin açıqlamasına reaksiyada İranın mövqeyi bəyan olunur.
Region və dünyada kütləvi qırğın silahlarının yayılması barəsində İranın mövqeyinin şəffaf olduğunu diqqətə çatdıran İran XİN rəsmisi xatırladıb: İslam Respublikası illərlə öncədən kütləvi qırğın silahları olmayan region layihəsinin öncülü olmuşdur və bütün beynəlxalq iclaslarda bu məsələni öz dəyişməz siyasəti olaraq izləyir və bu istiqamətdə siyasəti davam etdirir.
İran XİN sözçüsü əlavə edib: Kütləvi qırğın silahları heç bir dövlətin mənafeyini reallaşdırmır. Və bütün dövlətlər və xalqlar üçün olacaq təhlükə və təhdidlər ehtimal olunan mənafelərdən çox-çoxdur. Bu daha çox diqqət mərkəzində dura bilər. Elə buna görə kütləvi qırğın silahları ilə əlaqədar İranın mövqeyi və tənzimlədiyi siyasət dəyişilməz mövqedir. Bu da kütləvi qırğın silahları olmayan bölgədir.
Cabiri Ənsarinin sözlərinə görə, bu sahədə sionist İsrail rejimi kütləvi qırğın və nüvə silahları olan rejimdir. Bu istiqamətdə bütün beynəlxalq qanun-qaydaları açıq-aşkar şəkildə pozmuşdur. Buna görə beynəlxalq və regional iclaslarda və ölkələrin siyasətlərində tam şəkildə diqqət mərkəzində durmalıdır.