May 16, 2016 13:43 Asia/Baku
  • Qüds korpusunun komandanı general-leytenant Qasim Süleymani
    Qüds korpusunun komandanı general-leytenant Qasim Süleymani

Qüds korpusunun komandanı general-leytenant Qasim Süleymani müqavimət komandanı Mustafa Bədrəddinin mənzilində olaraq, onun şəhid olması münasibətilə ailəsinə təbrik və başsağlığı veribdir.

Livanın Ələxbar qəzeti bu xəbəri verərək, yazıb: Sionist rejimin 2015-ci ilin yanvarında Suriyanın cənubundakı Qunəytrə məntəqəsinə hücumundan iki gün sonra Qüds korpusunun komandanı general-leytenant Qasim Süleymani Əlğubəyri şəhidlər gülüstanında olmuşdu.

Bu məlumata görə, o zaman onun barəsində təsvirlər yayıldı ki, bu təsvirlərdə o, şəhid İmad Muğniyyə və oğlu Cihadın qəbirləri üzərində Quran qiraət edirdi. O zaman Cihadın qəbri üstünə getməzdən öncə onun ailəsinin yanına getdi və şəhadəti münasibətilə ailəsinə, qardaşlarına və dayısı Seyid Mustafa Bədrəddinə başsağlığı verdi.

Ələxbar sonra yazıb: Və ötən şənbə günü bu səhnə bir fərqlə təkrar oldu. Süleymani yenə də Əlğubəyri şəhidlər gülüstanında oldu, amma bu dəfə Bədrəddinə fatihə oxumaq və onun ailəsinə başsağlığı vermək üçün. İlk dəfə deyildir ki, o, Bəytuləhzan-a daxil olur. Bu məkandakı şəhidlərin şəkillərinə daha bir şəkil əlavə olundu.

Hizbullah-ın hərbi qolunun komandanı Mustafa Bədrəddin cümə günü səhər tezdən Dəməşqin ətrafında yerləşən və Dəməşq beynəlxalq hava limanına yaxın olan bir məntəqədə baş verən partlayışda şəhid oldu.

Teqlər