May 16, 2016 13:54 Asia/Baku
  • 
Tehranda dünyanın dəmiryolu sənayesinin nəhəngləri iştirak edirlər
    Tehranda dünyanın dəmiryolu sənayesinin nəhəngləri iştirak edirlər

Almaniyanın Zimens, Fransanın Alstum, İsveçrənin Stadler, eləcə də Almaniyanın Bombarder və Buxumer şirkətləri daxil olmaqla dünyanın dəmiryolu sənayesinin nəhəngləri 180 daxili və dünyanın dəmiryolu sənayesindən olan 120 xarici şirkətlə yanaşı, Asiyanın qərbi üzrə ən böyük beynəlxalq nəqliyyat sərgisində iştirak etməsi İran İslam Respublikasının son illərdə, xüsusən sanksiya sonrası dövrdə inkişafı və çiçəklənməsindən xəbər verir.

Dördüncü dəmiryolu nəqliyyatı və ondan asılı sənaye sərgisi elə bir halda Tehranda işə başlayıbdır ki, bu sərgidə xarici şirkətlərin 400 və daxili şirkətlərin 70%-lik inkişafı nəzərə çarpırdı.

Tehran-Gərmsar dəmiryolu xəttinin dörd xəttli olması xəbəri ilə Asiyanın qərb məntəqəsinin dəmiryolu nəqliyyatı üzrə ən böyük sərgidə olan İranın yol və şəhərsalma naziri cənab Axundi deyib: Çox tələbli marşrutların elektrikləşdirilməsi və sürətin artırılması üzrə investisiyanı gündəmə daxil etmək lazımdır.

Sənaye naziri də yük vaqonlarının yetmiş yeddi faizinin ölkə daxilində istehsal olunduğunu vurğulayaraq, deyib: Xaricdən vaqonun satın alınması ilə müxalifik.

Dəmiryolu Şirkətinin sərəncamçı müdiri də dəmiryolu xətlərnin qonşu ölkələrə genişləndirilməsini İranın prioritetlərindən adlandırıb və deyib ki, dəmiryolu xətləri ikiqat olacaqdır.

Dördüncü dəmiryolu nəqliyyatı və ondan asılı sənaye sərgisində daxili şirkətlərdən əlavə, müxtəlif ölkələrdən, o sıradan İtaliya, Almaniya, Türkiyə, Qazaxıstan, Çin, Rusiya, Finlandiya, İngiltərə və Çexiyadan olan şirkətlər də iştirak edirlər.

Dəmiryolu nəqliyyatı sənayesi üzrə ən son texnologiyalar və naliyyətlər barədə informasiya, daxili istehsalın yüksəldilməsi, ixracatın genişləndirilməsi, iranlı şirkətlərin qabiliyyətlərinin təqdimi, istehsalın artırılması, dəmiryolu sənayesinin yerliləşdirilməsi dördüncü İranın dəmiryolu nəqliyyatı və ondan asılı sənaye sərgisinin keçirilməsinin hədəflərindəndir.

Sərginin icra katibi Salehi nüvə anlaşmasını ölkə sənayesinin nəticəyə çatmasında son dərəcə təsirli adlandırıb və deyib ki, sanksiyaların ləğvi ilə xarici ölkələr daha çox rəğbətlə İranda sərmayə yatırırlar.

İran Nəqliyyat Mühəndisliyi Cəmiyyətinin sədri Bəhrəman da bu kimi sərgi və konfransların ölkə texnologiyasınn inkişafı istiqamətindəki rolunu olduqca təsirli adlandırıb və belə söyləyib: Xoşbəxtlikdən, nüvə anlaşmasından sonar xarici ölkələrin İranda geniş iştiraklarının şahidiyik ki, müxtəlif sahələrdə sərmayə qoyuluşu və həmkarlıq edirlər və İranın digər ölkələrlə ticarət mübadilələri həcmi son dərəcə artmaqdadır.

İranda dəmiryolu sahəsində istehsalçı olan cənab Monbəti də dəmiryolu mühasibatlarının düzəldilməsindən xəbər verib və belə deyib: Bütün sənaye dəmiryolu sənayesinə yardım sahəsində addım atmalıdır ki, nəqliyyat xərclərini azalda biləcək bu böyük yolu sürətlə uğur zirvələrinə çatdıra bilsin.

Teqlər