Hindistanın baş naziri Tehranda
İran İslam Respublikasının prezidenti Hindistanın baş naziri Nandera Mudi ilə Tehranın Sədabad mədəni-tarixi kompleksində rəsmən qarşılayıb və dərhal ikitərəfli görüş baş tutub.
Rəsmi qarşılanma mərasimində, İran İslam Respublikası və Hindistanın milli himni səsləndirildikdən sonra, cənab Həsən Ruhani və cənab Nandera Mudi protokoldan sonra qarşılıqlı olaraq yüksək rütbəli heyətin nümayəndələrini tanıtdırıblar.
İran İslam Respublikası prezidenti və Hindistan baş naziri ikitərəfli görüş keçiriblər.
İki tərəfli görüş və iki ölkənin müştərək yüksək səviyyəli heyətinin iclasından sonra iqtisadi, siyasi və mədəniyyət sahələrində təxminən 14 əməkdaşlıq sənədi imzalanacaq.
İranın Hindistandakı səfiri Ənsari deyib: İran və Hindistanın ticarət dövriyyəsinin həcmi 11 aylıq ərzində təxminən 9 milyard dollar olmuşdur.
O Hindistan baş nazirinin Tehran səfərini iki ölkənin iqtisadi potensiallardan istifadə üzrə əhəmiyyətli adlandırıb.
Çabəhar limanının genişləndirilməsi, neft və qaz sektorunda investisiyanın yatırılması və ticarət və iqtisadiyyat dövriyyəsinin artırılmasının bu səfərin önəmli məqsədlərindəndir.