İran və Hindistan 12 əməkdaşlıq sənədi imzaladı
İran İslam Respublikası və Hindistan müxtəlif sahələrdə 12 əməkdaşlıq sənədi imzalayıb.
Bazar günü siyasi, iqtisadi və mədəniyyət sahələri üzrə yüksək səviyyəli heyətin müşayiəti ilə Tehrana daxil olan Hindistan baş naziri bu gün Sədabad tarixi və mədəni kompleksində İran İslam Respublikası prezidenti tərəfindən rəsmi şəkildə qarşılanıb.
İranın Limanlar və Dənizçilik Təşkilatı ilə İndia Portes Qlobal Prayot Limitid Şirkəti arasında Çabəhar limanının genişləndirilməsi müqaviləsi iki ölkə arasında bu gün imzalanan önəmli sənədlərdən olub.
Hindistan baş nazirinin İrana səfəri ötən 15 ildə Hindistanın yüksək səviyyəli rəsmisinin ilk səfəridir və İran əleyhinə sanksiyaların ləğv olunduğuna görə, yüksək əhəmiyyət kəsb edir.
Cənab Həsən Ruhani Hindistan baş naziri ilə müştərək müsahibədə İran və Hindistanın iqtisadi əlaqələrinin genişləndirilməsini vurğulayaraq deyib: İki ölkənin iqtisadi əlaqələri mütləq regionun 400 milyonluq əhalisi və Hindistanın 1 milyarddan çox əhalisinin xeyrinədir.
İran prezidenti bildirib: Qərara alındı ki, İran İslam Respublikası və Hindistanın iqtisadi əlaqələri ticarət vəziyyətindən əhatəli iqtisadi əlaqələr vəziyyətinə keçsin.
Hindistan baş naziri aeronavtika texnologiyaları sahəsində iki ölkə əməkdaşlıqlarını xüsusi vurğulayıb.
Çabəharda məhsul istehsalı sahəsində müştərək investisiya və ticarətin inkişaf etdirilməsinə toxunan Narendra Mudi xatırladıb: İran və Hindistanın iqtisadi əlaqələri bu gün lazımi mütənasibliyə malik deyildir. Sanksiyalardan sonra müştərək investisiyaların yatırılması ilə 5 il ərzində ikiqat artacaq.
Narendra Mudi Hindistanda "Terrorizmdən ayrı həqiqi islamın bəyan olunması" məqsədilə konfransın keçirilməsinə toxunub və deyib: Hindistan həqiqi islamın bəyan olunması və genişləndirilməsi və terrorizmlə mübarizə istiqamətində əməkdaşlığa hazırdır.
Hindistan baş naziri Dehləvidən bir beyt şer oxuyub. Şerin məzmunu belədir: İradə etsək, Kaşi ilə Kaşan arasında məsafəni bir addımda qət edərik.