Laricani yeni parlamentin xarici proritetini açlqladı
İran İslam Şurası Məclisinin spikeri Əli Laricani bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı təşkil edərək, 9-cu İslam Şurası Məclisinin fəaliyyətlərini dəyərləndirib.
Əli Laricani bu mətbuat konfransında, 10-cu İslam Şurası Məclisinin xarici siyasət üzrə əsas prioritetləri ilə bağlı jurnalistlərdən biri tərəfindən səsləndirilən sualı cavablandırıb: “Xarici siyasətlə bağlı 9-cu və 10-cu Parlamentlər arasında hansısa mühüm fərqin olacağını düşünmürəm. Çünki, hər ikisi yaşadığımız hazırkı dövrü əhatə edir. Xaricdə mövcud olan şərait təqribən eyni şəraitdir. Regionda cərəyan edən terrorizm təəssüflər olsun yüksələn xəttə malikdir".
"Ötən iki on illikdə biz regionda terror aktları və cinayətlərin daha artıq şahidi olmağa başlamışıq. İnkişaf halındadır. Bunun isə müxtəlif səbəbləri var. Həm bəzi region ölkələri terrorizm ilə taktiki rəftar edir, terrorçulara dəstək verirlər, həm də bəzi Qərb dövlətləri. Bu vəziyyətin davam etdiyi zamana kimi regionun təhlükəsizlik vəziyyətində qarışıqlığın şahidi olacağıq. Buna görə də Parlamentin əsas vəzifələrindən biri vəziyyəti nəzarət altında saxlamaq, davamlı müşahidələr aparmaq və İslam Ümməti üçün davamlı sülh və sabitliyə kömək məqsədi ilə lazımi işlər görməkdir.” Əli Laricani belə qeyd edib.