İran Avropanı narkotik vasitələrlə ciddi mübarizəyə dəvət etdi
May 26, 2016 12:47 Asia/Baku
İran İslam Respublikasının daxili işlər naziri narkotik vasitələrlə beynəlxalq mübarizənin aparılmasını istədi.
İRNA-nın məlumatına görə, Əbdülrza Rəhmani Fəzli çərşənbə günü Polşada İranın narkotik vasitələr ilə mübarizə üzrə atdığı addımları şərh edərək, deyib: Öz medialarınızda iri hərflərlə yazın "İran Avropanı narkotik vasitələr ilə ciddi və hərtərəfli mübarizəyə dəvət edir".
Rəhmani Fəzli əlavə edib: İranın narkotik vasitələr ilə mübarizə sahəsindəki fədakarlıqlarına rəğmən, təəssüflər olsun ki, bəzi ölkələr bu sahədə İran ilə heç bir əməkdaşlıq etmirlər.