İran: Bütün ölkələrin siyasi müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməlidir
-
Qulamhüseyn Dehqani
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi ölkələrin milli hakimiyyət, siyasi müstəqillik və ərazi bütövlüyü haqqına hörmət edilməsini vazib məsələ adlandırıb.
İRNA-nın məlumatına görə, Qulamhüseyn Dehqani BMT Təhlükəsizlik Şurasının açıq iclasında Qoşulmama Hərəkatı adından çıxış edərək, BMT ilə regional təşkilatlar arasındakı əməkdaşlığı müsbət qarşılayıb.
Dehqani həmçinin deyib: Sülhü mühafizə missiyalarının təyin edilməsi və ya müddətinin uzadılmasında həmin qüvvələrə ev sahibliyi edən ölkələrin razılığına diqqət göstərilməli və yalnız özünü müdafiə istisna edilməklə gücdən istifadə edilməməli, ölkələrin mülli hakimiyyəti, siyasi müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməli, tərəfsizlik prinsipi qorunmalıdır.