May 26, 2016 18:22 Asia/Baku
  • ABŞ-ın Nümayəndələr Məclisi İrandan
    ABŞ-ın Nümayəndələr Məclisi İrandan "ağır su"-yun alınması ilə müxalifət etdi

ABŞ-ın Nümayəndələr Məclisinin üzvləri İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasının icrası prosesində pozuculuq törətmək məqsədi ilə İrandan "ağır su" məhsulunun alınmasını qadağan edilməsinin lehinə səs veriblər.

PressTV-nin verdiyi məlumata görə, Nümayəndələr Məclisinin üzvləri çərşənbə günü 251 lehinə və 168 əleyhinə səslə Florida ştatından olan respublikaçı senator Ron Desantis tərəfindən büdcə layihəsinə əlavə olaraq irli sürülən təklifi qəbul edib.

Bu məlumata görə, 2016-cı ildə də ABŞ Senatına oxşar məsələ ilə bağlı senator Tom Katen tərəfindən təklif irəli sürülmüşdür. Amma, o zaman demokratlar bu layihənin qəbul edilməsinə mane olmuşdular.

Barak Obama dövləti ötən ay İrandan 38 ton "ağır su" məhsulunun alınması ilə bağlı ümumi dəyəri 8,6 milyard dollar olan müqaviləni yekunlaşdırmağa nail olmuşdu.

Ağ Ev bu müqaviləni Senat və Nümayədələr Məclisinin gündəmindən çıxartmaq üçün veto haqqından istifadə edəcəyini bildirmişdi.

İran 5+1 qrupu ilə nüvə anlaşmasının əldə edilməsinin ardınca strateji əhəmiyyətli nüvə məhsulu sayılan "ağır su" istehsalçıları konsorsiumuna daxil olmuş oldu.

İranın istehsal etdiyi ağır su 2015-ci ildə Amerikanın Beynəlxalq Savanna Universitetində analiz edilmiş və onun saflığı 75.99% ilə təsdiq edilmişdir ki, bu da yüksək keyfiyyət göstəricisi ilə həmin məhsulun standartlaşdırılması demək idi.

İran il ərzində təqribən 20 ton ağır su istehsal edir və bu məhsul xarici alıcılara satılmaq üçün nəzərdə tutulub.

Teqlər