May 26, 2016 20:13 Asia/Baku
  • İran və Avropa arasında 3 milyard dollar məbləğində müqavilə
    İran və Avropa arasında 3 milyard dollar məbləğində müqavilə

Qədir investisiya şirkətinin icraçı müdiri neft, qaz və neft-kimya sahəsi üzrə avropalılar ilə 3 milyard dollar həcmində müqavilənin imzalanmasından xəbər verib.

Qulamrıza Süleymani İRİB-yə verdiyi müsahibədə deyib: Neft, qaz və neft-kimya sənayesi, habelə, elektrik stansiyaları və sement zavodlarının quraşdırılması üzrə infrastruktur proqramların icrası ilə bağlı avropalılar ilə 3 milyard dollar dəyərində sərmayə qoyuluşu üzrə müqavilələrin imzalanmasından xəbər verib.

Qədir sərmayə qoyuluşu şirkətinin icraçı müdiri daha 2 milyard dollar dəyərində sərmayə qoyuluşu ilə bağlı texniki müzakirələrin həyata keçirilməsindən xəbər verib və deyib: İtaliya və Yunanıstan şirkətləri ilə sərmayə qoyuluşu üzrə müqavilələr artıq yekunlaşıb və bu şirkətlər artıq fəaliyyətə də başlayıblar.

Teqlər