May 30, 2016 16:33 Asia/Baku
  • Tehran şəhəri bir şəhər boyda rəsm qalereyası
    Tehran şəhəri bir şəhər boyda rəsm qalereyası

Bu günlər Tehran şəhərində piyada keçid yolları incəsənət ruhu ilə boyanıb və bir şəhər boyda rəsm qalereyasını xatırladan bu sənət əsəri öz gözəlliyi və zərifliyi ilə insanların gözü və könlünü oxşayır.

Artıq bir neçə gündür ki, Tehran şəhəri öz keçmiş libasını dəyişib. Bahar olmasına baxmayaraq, isti yay günlərindən heç bir fərqi yoxdur. Yollardakı tıxaclar da azalmayıb. Amma, bütün bunlara baxmayaraq, şəhərin görünüşü tamamilə dəyişib. Şəhərin hər bir nöqtəsində diqqətləri özünə cəlb edən reklam tablolarının yerini indi gözəl sənət əsərləri tutub. Tehran şəhərinin gözəlləşdirilməsi təşkilatı 1600-dən çox reklam vasitəsindən istifadə edərək, "Bir şəhər boyda rəsm qalereyası" şüarını yerli və xarici sənətkarların əsərləri ilə gerçəkləşdirməyə başlayıb.

Tehran şəhərinin gözəlləşdirilməsi təşkilatının icraçı direktoru Camal Kamyab deyir: "Bu layihə çərçivəsində 1600 reklam tablosu 700 əsərin sərgilənməsinə ayrılıb. Məqsəd, insanları muzeylərə baxış keçirməyə həvəsləndirməkdir. "

İndi Tehran şəhərinin bütün küçələri könül oxşayan əsərlər ilə bəzədilib. Delakrova, Pol Sezan, Pablo Pikasso, Edvard Muniş, Rene Meqrit, Xuan Miro və digər dünya şöhrətli sənətkarlara məxsus müxtəlif əsərləri, xəttatlıq nümunələri və xalçaları, eramızdan 500 il öncəyə aid olan Sasanilər dövründən qalmış üzərində ovçu rəsmi olan boşqabdan tutmuş, Qəzvin şəhərində yerləşən və Qacarlar dövrünə aid olan Əmini hüseyniyəsinin ağac işləməli tavanına kimi bu sərgidə müşahidə etmək mümkündür. Herat məktəbinə aid olan şah əsərləri və Məhəmməd Qəffari Kamal əl-Mülkün çəkdiyi öz portretindən tutmuş İngilis rəssam Deyvid Hakniyə aid olan "Karoyi Dərəsi" əsərinə kimi.

İranın mədəniyyət və İslam irşadı naziri bu layihəni himayə məqsədi ilə deyib: İl boyu insanlar ticarət məhsullarının təbliğatlarına məruz qalırlar. Buna görə də vətəndaşlarıa bir müddət üçün olmuş olsa belə, ruhi və mənəvi rahatlıq bəxş etmək üçün münasib bir şərait yaranıb. Bu dəfə, insanlar daha yaxından tanış olsunlar deyə, incəsənət əsərləri küçərələrə gətirilib. Bu addım, insanların incəsənət ilə daha yaxından tanış olmasına səbəb olacaq."

Bu qədər iri həcmdə olan dəyərli əsərlərin şəhər boyunca nümayiş etdirilməsi vətəndaşların da diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə insanlar bu xüsusda geniş diskusiyalar da aparırlar. İnsanlar bunu son dərəcə müsbət qarşılayırlar və bu kimi layihələrin gələcəkdə də davam edəcəklərinə ümid edirlər.

Vətəndaş:

Bu layihə əslində dünyanın bütün muzeyləri və sərgilərinin kiçik bir məcmuəsi sayılır. Mən bu əsərləri gördükdə o qədər əhvalım yaxşılaşdı ki, sanki bir anda dünyanın bir neçə ölkəsinə səfər etmişmə.

Bəzən yollardakı tıxaclar da insana ləzzət bəxş edir. Elədir, bu əsərlərin sayəsində tıxaclardan yorulan insanlar indi bu gözəl əsərləri müşahidə edə bilmək üçün sevə-sevə tıxaclarda qalmaq istəyirlər.

Vətəndaş:

Bu təbliğat tabloları ilk dəfə olaraq tıxacdan ləzzət almağıma səbəb oldu. Çünki, tıxacda olduğumuz zaman bu tablolara doyunca tamaşa etmək fürsətini əldə etmiş oldum.

Teqlər