İyun 02, 2016 10:38 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "İranın nüvə anlaşmasından dərslər" mövzusu ilə İsveçin Sipri müəssisəsində etdiyi çıxışında Ərəbistanın təhrikedici hərəkətləri barədə deyib: İran ciddi təhrikedici hərəkətlər qarşısında öz təmkinliliyini nümayiş etdirib. Mən ümidvaram ki, qonşularımız da bu dərkə çatacaqlar.

Zərif deyib: İran və Səudiyyə Ərəbistanı bir-birinin kənarında yaşamağı və birinin digərini kənarlaşdıra bilməyəcəyini öyrənməlidir. Həmçinin heç biri digərinin kənarlaşması ilə faydalana bilməz. Bu məsələ Livanda da öz qüvvəsindədir. Əlbəttə şübhəsiz, qərarın verilməsi Livan vətəndaşlarının üzərinədir və biz heç vaxt Livan vətəndaşlarının qərarına veto qoymamışıq. Lakin təəssüflər olsun ki, regionda digərlərinin barəsində belə bir şeyi deyə bilmərik. Fikrimcə, məsələnin həlli üçün real şərt qısa müddətdə terrorizmin heç kimin xeyrinə olmadığını və digər ölkələrin daxili məsələlərində müdaxilə edə bilməyəcəyimiz dərkinə çatmaqdır. Bir-birimizlə əməkdaşlıq etməliyik. İnanıram ki, İran və ABŞ, biri digərini pisliklər mehvəri, digəri isə qarşılığında onu böyük şeytan adlandırdığı halda, nüvə məsələsində anlaşma əldə etdilər. Belə bir vəziyyətdə coğrafiyaya görə bir-birindən ayrıla bilməyən və bir-birini qardaş adlandıran iki ölkənin öz məsələlərini həll edə bilməmələri necə mümkün ola bilər.

Zərif deyib: Fikrimcə, öz örnəyimizdə dəyişiklik yaratmalıyıq. Fikrimcə, biz İranda hazırıq və buna görə, ciddi təhrikedici hərəkətlər qarşısıdna əsasən öz təmkinliliyimizi göstərmişik. Ümidvaram ki, qonşularımız da bu dərkə çatacaqlar.

Teqlər