İran və Fransa aeronavtika sənayesində birgə əməkdaşlıqlar aparacaqlar
-
İran və Fransa aeronavtika sənayesində birgə əməkdaşlıqlar aparacaqlar
İran İslam Respublikası və Fransa arasında aeronavtika sənayesi sahəsində əməkdaşlıqlar həyata keçirilir.
İRNA-nın verdiyi məlumata görə, İranın aeronavtika sənayesi birliyi ilə Fransanın milli agentliyi Parisdə 26 fransız və 10 İran şirkətinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda iki ölkə arasında aeronavtika sənayesi sahəsində əməkdaşlıqlar üçün iqtisadi əməkdaşlıq fürsətlərini araşdırıblar.
İclasda İranın aeronavtika sənayesi birliyinin sədri Əmin Salari bu sektorda əməkdaşlıq fürsətlərini açıqlayaraq deyib: Sanksiyaların aradan qaldırılmasından sonra dünyanın hər bir yerindən bir çox satıcılar İranın aeronavtika sənayesində ehtiyacı olduğu detalların təmini üçün hazır olduqlarını bildiriblər.
İİR aeronavtika sənayesi birliyinin sədri deyib: İran İslam Respublikasında sənayedəki mövcud iqtisadi fürsətlər eləcədə texnologiya ötürülməsi sahələrində investisiyalar müsbət qarşılanır.
Salari deyib: İran təyyarələrin təmiri və saxlanılması kimi bəzi sənayelərdə əlverişli duruma malikdir və qonşu ölkələrin bazarlarına daxl olmaq üçün qapı rolunu oynaya bilər.