Alzeymerin müalicəsi
Alzeymer xəstəliyinin hələlik qəti müalicəsi yoxdur. Lakin onun qarşısını almaq üçün metodlar vardır.
İdman və qidalanmadan əlavə, mütaliə və beyini işlətmək bu xəstəliyə tutulmaya mane olur. Bəzi araşdırmaçılar deyirlər ki, insanın beyninin həcmi təxminən bir betabayt yəni 10 üstü 15 baytdır. Yəni təxminən 4,5 milyon kitabı əzbərləmək iqtidarındadır.
Bəzi sözləri qəfil unudur. Lakin ümumilikdə çox yaxşı yaddaşı var. Tam məlumatlı, bilikli və elmlidir. 86 yaşı var, amma hələ də onunla elmi söhbət etsək, çətinə düşmür.
İran dillərinin müəllimi olub, ingiliscə, fransızca və almancadan əlavə bütün İran dillərini bilir. Hamısını yazıb oxuya bilir.
Doktor Bədrəzzaman Qərib İranın tanınmış alimlərindən doktor Məhəmməd Qərib və doktor Əbdülkərim Qəribin əmisi qızlarıdır. Dilçiliyi doktorantura səviyyəsində bitirib. O Tehran Universitetində 30 il İran dillərini tədris edib.
Bu insan beyni dünyadır. Allahın möcüzələrinə nümunə. Amma ona məşq etdirməzsək, yaşın artması ilə balacalaşır. və gücsüzlüyü həyatımızı problemlə üzləşdirir. İndi dünyada 65 yaşdan sonra hər on nəfərdən biri ən pis forması unutqanlıq olan Alzeymerə tutulur. İlk yaddaş məhv olur. sonra sözləri tapa bilmirlər. Sonra hesablamada problem yaranır. 5 duyğu hissində nöqsan yaranır, kabus yaranır. Yavaş-yavaş keçmiş yaddaşı da məhv olur və insan zaman və məkanı itirir.
Amma Alzeymerin önləyicisi vardır. Kitab oxumaq və dil öyrənməklə. Onu önləməyin yolu mütaliədir.
İranın tanınmış simalarından xanım doktor Qərib hələ də mütaliə edir. 1000-dən çox kitabı var. Məqalə yazır və yazdığı kitablara göz gəzdirir. Təkdir, amma deyir ki, oxumaq və yazmaq ona sakitlik verir. Öz beyninizi qoruyun.