Zərif, Moqerini və Brendenin Osloda mətbuat konfransı
İranın xarici işlər naziri bildirib ki, Amerika anti-İran sanksiyaların nəticəsi olan psixoloji atmosferin aradan götürülməsində olduqca fəal rol oynamalıdır.
IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Osloda Avropa Birliyinin xarici siyasət koordinatoru Federika Moqerini və Norveçin xarici işlər naziri Burge Brende ilə birgə mətbuat konfransında nüvə anlaşmasının bir "uduş-uduş" oyunu olduğunu bildirərək, deyib ki, Amerika kağız üzərində sanksiyaları götürüb və illər boyu sanksiyalardan mənşə alan psixoloji təsirlər hələ də mövcuddur.
Zərif avropalı bankların İranla həmkarlıqdaki yubatmaları haqda deyib: Hamı bu cəhəti bilməlidir: Bir beynəlxalq razılaşma o zaman davamlı olacaqdır ki, ona şərik olan bütün şəxslər razılaşmadan bəhrələnmiş olsunlar.
İranın xarici işlər naziri çərşənbə günü ABŞ dövlət katibi Con Kerri ilə olacaq danışıqalarına işarə edərək, deyib: İran xalqı əməldə Amerikanın vədlərinin reallaşması və sanksiyaların aradan götürülməsinin nəticələrinin şahidi olmalıdır.
"Amerikalı rəsmilər İranın sentrifuqalara malik olmasını istəmirdilər" deyən Zərif bildirib: Amerika elə bir vəziyyətdə deyildi ki, İran İslam Respublikası üçün vəzifə təyin etmiş olsun.
İranın xarici işlər naziri həmçinin İranın İraqdakı şiə qrupları himayəsinə dair ittihamı rədd edib və belə deyib: Hər cür firqəvi addım təhlükəlidir və faciəli və sərt nəticələrə gətirib çıxaracaq ki, təkcə bir məntəqə ilə məhdud olmayacaqdır.
Zərif söyləyib: İran daim bütün İslam məzhəbləri arasında həmkarlıq, eləcə də fərqli dinlər və mədəniyyətlərdən olan müxtəlif qruplar arasında əməkdaşlığın olmasını istəyib və dünyada ifratçılıqla müxalif olubdur.
İranın xarici işlər naziri Suriya məsələsinə də toxunub: Hamı bu ölkədəki böhrana son qoymaq üçün siyasi bir həll yoluna çatmaqdan ötrü həmkarlıq etməli və "Suriya barədə hərbi bir həll yolu mövcud ola bilər" kimi illüziyaan əl çəkməlidir.
Federika Moqerini də nüvə anlaşmasının icrasından sonra İran tərəfinin öz öhdəliklərinə əməl etdiyini bildirib və deyib ki, İranla bank əməkdaşlıqları məsələsində problemlər mövcuddur və qarşı tərəf avropalı şirkətləri İranla həmkarlığa təşviq etməlidir.
Avropa Birliyinin xarici siyasət koordinatoru söyləyib: Avropalıların nöqteyi-nəzərincə, İranın nüvə məsələsilə bağlı iqtisadi, pul və maliyyə sanksiyaları götürülüb və Avropa-İran iqtisadi əlaqələrinin 23 faizlik artımı bu iddiaya bir sənəddir.