İyun 16, 2016 09:04 Asia/Baku
  • Məhəmməd Cavad Zərif - Valter Ştaynmayer
    Məhəmməd Cavad Zərif - Valter Ştaynmayer

İran xarici işlər naziri İran və Almaniyanın iqtisadi əməkdaşlıqlarından heç kimin zərər etməyəcəyini bildirərək deyib: İran inkişaf etmiş ölkə olaraq bölgədə Almaniya üçün önəmli ticarət, iqtisadiyyat və siyasət şəriki ola bilər.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə gecə Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə Berlində görüşdən sonra jurnalistlərə verdiyi müsahibədə İran və Almaniya əlaqələrini çox möhkəm və keçmişə malik əlaqələr adlandırıb və əlavə edib: Almaniya şirkətləri, maliyyə müəssisələri və banklarının İranda iştirakı və İran və Almaniyanın iqtisadi əməkdaşlıqları həm iki ölkənin, həm də region və dünyada stabilliyin xeyrinədir.

İran və Almaniyanın regionda sülh və təhlükəsizliyi qorumaq üçün müxtəlif sahələrdə yaxın rəylərə malik olduqlarını bəyan edən İran xarici işlər naziri deyib: Radikallıq heç bir bölgə ilə məhdudlaşmayacaq və onunla mübarizə beynəlxalq həmrəyliyə ehtiyaclıdır.

Zərifin sözlərinə görə, hərbi həll yolu radikalizm və terrorizmlə mübarizənin təkcə bir hissəsidir və mədəniyyət, iqtisadiyyat, ictimai məsələlər və təcrid olunduqlarını hiss edən şəxslərin səhnəyə qaytarılması, həmçinin radikalların silah və maliyyə mənbələri əldə etməsinin qarşısının alınmasına şamil olan əhatəli həll yoluna ehtiyaclıdır.

Almaniya xarici işlər naziri də jurnalistlərə verdiyi açıqlamada İran və Almaniyanın uzun tarixi və müsbət əlaqələr keçmişinə toxunaraq deyib: Almaniya İranla bütün sahələrdə güclü əlaqələri istəyir.

Ştaynmayer həmçinin Yaxın Şərq regionundakı proseslər barəsində deyib: Almaniya və İran Yaxın Şərq ölkələri, xüsusilə də İraq və Suriyada de-stabillikdən nigarandır və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.

İran xarici işlər naziri çərşənbə günortadan sonra Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi barəsində alman həmkarı ilə danışıqlar aparmaq məqsədilə Almaniya paytaxtı Berlinə səfər edib.

Teqlər