Zərif İranın terrorizm ilə mübarizəsinə təkid etdi
https://azeri.sahartv.ir/news/İran-i223990-zərif_İranın_terrorizm_ilə_mübarizəsinə_təkid_etdi
İran xarici işlər naziri deyib: İran İslam Respublikası terrorizm ilə mübarizədən geri çəkilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 07:32 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri deyib: İran İslam Respublikası terrorizm ilə mübarizədən geri çəkilməyəcək.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bu gün öz Tvitter səhifəsində Türkiyə, Banqladeş və İraqda törədilən son terror aktlarına işarə edərək, yazıb: Bu terror aktlarının arxasında duranlar olduqca və onların ideologiyasının məğlub olmadığı zamana kimi, sakit oturmaq olmaz.

M.Zərif həmçinin, terrorizm ilə mübarizə aparmaq və İŞİD-in köklərini qurutmaq üçün dünya ölkələrini birlik və əməkdaşlığa çağırıb.

Cümə günü axşam saatlarında İŞİD terror qruplaşmasının 5 terrorçu kamikadzesi Banqladeşin paytaxtı Dəkkə şəhərində bir kafedə onlarla nəfəri girov götürüb. Bu hadisədə 20 girov və 2 polis zabiti habelə, terrorçular həlak olublar.

Ötən həftə də Türkiyədə İstanbul şəhərində, Atatürk hava limanında törədilən partlayışda 44 nəfər həlak olmuş yüzdən artıq insan yaralanmışdı.