İranın Livandakı səfiri: İran diplomatları sionistlərin əlindədir
-
İranın Livandakı səfiri: İran diplomatları sionistlərin əlindədir
İranın Livandakı səfiri deyib: Livanda oğurlanan 4 iranlı diplomat hələ də sionist rejimin əsirliyindədir.
İSNA-nın məlumatına görə, İranın Livandakı səfiri Məhəmməd Fətəhəli bazar ertəsi günü 4 iranlı diplomatın oğurlanmasının ildönümü ilə əlaqədar verdiyi açıqlamada əlavə edib: Sionist rejimin 1982-ci ildə Livana hücumu zamanı oğurlanan iranlı diplomatlar hələ də sionistlərin əsirliyindədir.
Bütün məlumatların bu diplomatların sionist rejimin əlində olduğunu göstərdiyini bəyan edən Məhəmməd Fətəhəli bildirib: İranın bu məsələnin reallıqlarının aydınlaşması üçün səyləri davam edəcək.
1982-ci il 4 iyulda sionist rejim muzdluları İranın dörd diplomatı, Möhsün Musəvi, Əhməd Mütəvəssilian, Təqi Rəstqar Müqəddəm və Kazım Əxəvanı Livan ərazisində oğurlayıblar.